featured-image-61700

Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Şamaxı”nı qəbul edib.

Elitada qalmaq uğrunda mübarizə aparan komandaların duelində qollu bərabərlik qeydə alınıb. Əvvəlcə 49-cu dəqiqədə “Şamaxı” Brahim Konatenin penalti qolu sayəsində hesabı açıb. Lakin cəmi 5 dəqiqə sonra hesaba tarazlıq gəlib. Rüfət Abbasov avtoqol müəllifi olub. Beləliklə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Bu nəticədən sonra 8-ci pillədəki “Şamaxı” xal ehtiyatını 21-ə, 9-cu sıradakı “Kəpəz” isə 19-a çatdırıb.

Qeyd edək ki, tura bu gün keçiriləcək “Səbail” – “Sabah” oyunu ilə yekun vurulacaq.

Bənzər xəbərlər