featured-image-2845

İtaliya A Seriyasında 20-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Msport.az xəbər verir ki, günün yeganə matçında iki autsayder komanda – “Salernitana” ilə “Venesiya” üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanan tərəf olub. “Salernitana” bu qələbə sayəsində xallarının sayını 29-a çatdırıb və 17-ci pilləyə yüksəlib. Artıq A Seriyasını tərk edəcəyi dəqiqləşən “Venesiya” isə 22 xalla sonuncu – 20-ci pillədə qalıb.

İtaliya A Seriyası
20-ci turun oyunu
5 may

Salernitana – Venesiya 2:1
Qol: Bonatsoli, 7. Verdi, 67 – Henri, 58.

Bənzər xəbərlər