featured-image-39864

Bu gün “Avro-2024”ün seçmə mərhələsində X turun növbəti oyunları keçiriləcək.

Msport.az xəbər verir ki, bununla da daha üç ölkə qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

C qrupunda Ukrayna millisi İtaliyanı qonaq edəcək. Avropa çempionatına yollanmaq üçün italiyalıları heç-heçə də qane edəcək. Ukraynalılar isə final mərhələsinə çıxmaq üçün mütləq qalib gəlməlidirlər.

E qrupunda isə Çexiya – Moldova görüşü prinsipial xarakter daşıyır. Qonaqlar qitə birinciliyində iştirak etmək üçün səfərdə qələbə qazanmalıdırlar.

H qrupunun əsas oyunu isə Sloveniya və Qazaxıstan yığmaları arasında olacaq. Bu qarşılaşmada meydan sahiblərinə heç-heçə də kifayət edəcək. Qazaxıstan seçməsi isə qrup ikincisi olmaq üçün rəqibini məğlub etməlidir. Bu matçın nəticəsi Azərbaycan millisini də yaxından maraqlandırır. Qazaxıstan yığması seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazansa, Azərbaycan UEFA Millətlər Liqasında pley-off oynamaq hüququ əldə edəcək.

“Avro-2024”, seçmə mərhələ

X tur

20 noyabr

C qrupu

23:45. Şimali Makedoniya – İngiltərə

23:45. Ukrayna – İtaliya

Xal durumu: İngiltərə – 19, İtaliya – 13, Ukrayna – 13, Şimali Makedoniya – 7, Malta – 0.

E qrupu

23:45. Albaniya – Farer adaları

23:45. Çexiya – Moldova

Xal durumu: Albaniya – 14, Çexiya – 12, Polşa – 11, Moldova – 10, Farer adaları – 1.

H qrupu

23:45. Şimali İrlandiya – Danimarka

23:45. San Marino – Finlandiya

23:45. Sloveniya – Qazaxıstan

Xal durumu: Danimarka – 22, Sloveniya – 19, Qazaxıstan – 18, Finlandiya – 15, Şimali İrlandiya – 6, San Marino – 0.

Bənzər xəbərlər