Avro-2028-in ev sahibləri müəyyənləşdi
Futbol üzrə Avro-2028-ə Böyük Britaniya və İrlandiya ev sahibliyi edəcək.
Msport.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu qərar Türkiyənin turnirə ev sahibliyi üçün namizədliyini geri çəkməsindən sonra verilib.
Bildirilir ki, UEFA bu gün, oktyabrın 4-də hər iki ölkənin futbol assosiasiyalarına məktub göndərərək, onların birgə müraciətinə müvafiq qaydada baxıldığını və qiymətləndirilməsi üçün oktyabrın 10-da Nyonda keçiriləcək UEFA İcraiyyə Komitəsi iclası üçün göndərildiyini bildirib. Vurğulanır ki, UEFA-nın yekun qərarı bu iclasda ölkələrin öz ərizələrini necə müdafiə etməsindən asılıdır.
Xatırladaq ki, ötən ilin noyabrında UEFA İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels futbol assosiasiyalarından 2028-ci il Avropa çempionatına ev sahibliyi etmək hüququ üçün ilkin ərizə sənədləri aldığını təsdiqləyib.