AVRO-2028-in ev sahibləri seçmə mərhələdə oynayacaq
AVRO-2028-in ev sahibləri olan İngiltərə, Şotlandiya, Uels və İrlandiya yığmaları turnirə vəsiqə qazanmaq üçün seçmə mərhələdə mübarizə aparacaqlar.
Msport.az xəbər verir ki, UEFA turnirin təşkilatçısı olan 4 yığmanın hamısına birbaşa iştirak hüququ verməyəcək.
İngiltərə, Şotlandiya, Uels və İrlandiya seçmə mərhələsində müxtəlif qruplarda çıxış edəcək. Yalnız iki ev sahibi avtomatik olaraq final mərhələsinə yüksələcək.
Seçmə mərhələni keçə bilməyən ev sahibləri üçün iki əlavə vəsiqə nəzərdə tutulub. Əgər bu hüquqdan istifadə edəcək komanda sayı ikidən az olarsa, qalan yerlər seçmə mərhələnin reytinqi əsasında digər millilər arasında bölüşdürüləcək.
Bu qərar 2030-cu il dünya çempionatından fərqlənir. Həmin turnirin əsas ev sahibləri olan İspaniya, Portuqaliya və Mərakeş, həmçinin 100 illik yubiley münasibətilə ilk oyunlara ev sahibliyi edəcək Argentina, Uruqvay və Paraqvay birbaşa final mərhələsinə vəsiqə qazanıblar.







