featured-image-14852

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu olmağa namizədlərin siyahısı açıqlanıb.

Msport.az xəbər verir ki, həftənin oyunçusu adına ənənəvi olaraq 4 namizəd var.

Bunlar “Omoniya”nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman, “Şturm”un (Avstriya) hücumçusu Uilyam Bovinq və “Braqa”nın (Portuqaliya) forvardı Vitor Oliveyradır.

Həftənin ən yaxşısı azarkeşlər arasında UEFA-nın rəsmi saytında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Bənzər xəbərlər