featured-image-1395

Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.  

Msport.az xəbər verir ki, “Atalanta” ilk görüşdə 1:1 hesablı heç-heçə etdiyi “Leyptsiq”i qəbul edib. 2:0 hesabı ilə qalib gələn qonaqlar yarımfinala yüksəlib.

Mərhələnin ən gözlənilməz nəticəsi İspaniyada qeydə alınıb. “Barselona” səfərdə “Ayntraxt”la bərabərə qalsa da (1:1) “Kamp Nou”da məğlub olub – 2:3 və mübarizəni dayandırıb.

Beləliklə, yarımfinalda “Reyncers” “Leyptsiq”lə, “Vest Hem” “Ayntraxt”la qarşılaşacaq. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də keçiriləcək.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

“Atalanta” (İtaliya) – “Leyptsiq” (Almaniya) – 0:2

Qollar: Kristofer Nkunku, 18; 87-pen.

İlk oyun – 1:1

“Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya) – 2:3

Qollar: Kostiç, 4-pen (0:1), Borre, 36 (0:2), Kostiç, 67 (0:3),  Buskets, 90+1 (1:3), Depay, 90+11-pen (2:3)

İlk oyun – 1:1

“Lion” (Fransa) – “Vest Hem” (İngiltərə) – 0:3

Qollar: Douson, 38, Rays, 44, Boen, 48

İlk oyun – 1:1

“Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) – 3:1 

Qollar: Tavernier, 2 (1:0), 44-pen (2:0), Karmo, 83 (2:1), Ruf, 101 (3:2)
Qırmızı vərəqə: Tormeno, 42 (“Braqa”)

İlk oyun – 0:1

Bənzər xəbərlər