featured-image-80613

“Qarabağ” UEFA Avropa Liqasında bu gün növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivini qəbul edəcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.

Bənzər xəbərlər