Avropa Liqası: "Qarabağ" ilk dəfə pley-offda
“Qarabağ” tarixində ilk dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
Msport.az-ın məlumatına görə, Qurban Qurbanovun komandası turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin “Hakken” klubu ilə üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. “Köhlən atlar”ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.
H qrupunun digər matçında “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini darmadağın edib – 5:1.
Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.
________________________
“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq.
Msport.az xəbər verir ki, ölkə çempionu Bakıda İsveçin “Hakken” kollektivi ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq matç saat 21:45-də başlanacaq. Görüşün baş hakimi albaniyalı FIFA referisi Yucin Caya olacaq.
“Köhlən atlar” qalib gələcəsi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə bu turnirin pley-offuna yüksələcək.
UEFA Avropa Liqası
VI tur
21:45. “Qarabağ” – “Hakken” (İsveç)
Baş hakim: Yucin Caya (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, H qrupunun digər görüşündə “Bayer 04” Almaniyada Norveçin “Molde” kollektivini sınağa çəkəcək. Leverkuzen təmsilçisi hazırda 15 xalla liderdir. “Qarabağ” 7 xalla ikinci, eyni xala malik “Molde” üçüncü sıradadır. “Hakken”in isə hesabında xal yoxdur.







