featured-image-40228

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxacaq.

Msport.az xəbər verir ki, “köhlən atlar” Norveçdə “Molde”nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da olacaq. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idatə edəcək.

6 xala malik komandalar H qrupunda 2-3-cü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasında pley-offa vəsiqəni rəsmiləşdirəcək.

Qrupun digər matçında Almaniyanın “Bayer 04” klubu İsveçdə “Hakken”in qonağı olacaq. Bu oyun da eyni saatda başlanacaq.

UEFA Avropa Liqası
Qrup mərhələsi, V tur
00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Norveç. Molde stadionu.

Bənzər xəbərlər