Avropa Liqasının qalibi klubundan ayrıldı
İspaniyanın “Vilyarreal” klubu futbolçusu Daniel Parexo ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
37 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, 2020-ci ildən “Vilyarreal”da çıxış edən Daniel Parexo cari mövsüm 40 matçda 1 qola imza atıb. O, komanda ilə UEFA Avropa Liqasının qalibi olub.







