featured-image-78515

Goal 2025/2026 mövsümü üçün ən yaxşı Avropa futbolçularının reytinqini açıqlayıb.

Msport.az xəbər verir ki, siyahıda “Bavariya”nın hücumçusu Harri Keyn birinci, komanda yoldaşı Maykl Olise isə ikinci yeri tutub.

“Barselona”nın cinah oyunçusu Lamin Yamal və “Real Madrid”in hücumçusu Kilian Mbappe müvafiq olaraq üçüncü və dördüncü yerləri tutublar. “Arsenal”ın müdafiə yarımmüdafiəçisi Deklan Rays ilk beşliyi tamamlayır.

Goal-ın versiyasına görə, 2025/2026 mövsümü üçün Avropanın ən yaxşı 10 futbolçusu:

  1. Harri Keyn (“Bavariya”)
  2. Maykl Olise (“Bavariya”)
  3. Lamin Yamal (“Barselona”)
  4. Kilian Mbappe (“Real Madrid”)
  5. Deklan Rays (“Arsenal”)
  6. Usman Dembele (PSJ)
  7. Luis Dias (“Bavariya”)
  8. Xviça Kvaratsxeliya (PSJ)
  9. Bruno Fernandeş (“Mançester Yunayted”)
  10. Vitinya (PSJ).

Bənzər xəbərlər