featured-image-38128

Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycanla səfər oyunu öncəsi daha bir problemlə ilə üzləşib.

Msport.az yerli mətbuata istinadən xəbər verir ki, zədəli oyunçuların çoxluq təşkil etidyi yığmada hücumçu Mixael Qreqoriçin də oynaması sual altına düşüb.

Dörd qolla cari seçmə mərhələdə Avstriyanın bombardiri olan forvardın baldırındakı zədəyə görə qarşıdakı görüşlərdə iştirak edib-etməyəcəyi bəlli deyil.

Daha əvvəl Avstriya millisində David Alaba və Stefan Poşun zədə səbəbindən oynamayacağı açıqlanıb.

Qeyd edək ki, oktyabrın 13-də Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Azərbaycan millisinin qonağı olacaq.

Bənzər xəbərlər