Avstriyanın ulduzu millimizə qarşı oynaya bilməyəcək
“Real”ın müdafiəçisi David Alaba Avstriya millisinin heyətin kənarlaşdırılıb. Msport.az xəbər verir ki, müdafiəçi zədəli olduğu üçün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Belçika, 16-da isə Azərbaycan milliləri ilə oyunlarda iştirak etməyəcək.
Onunla yanaşı, Stefan Poş da qarşıdakı görüşlərdə forma geyinə bilməyəcək.
Millinin baş məşqçisi Ralf Ranqnik “Frayburq”un futbolçusu Çukvubuyke Adama dədət göndərib.
Alaba Çempionlar Liqasında “Napoli” ilə matçda da (3:2) oynaya bilməmişdi.
Xatırladaq ki, Azərbaycan seçməsi oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına stadionda Avstriyanı qəbul edəcək.