“Ayaks”ı Bakıda neçə azarkeş dəstəkləyəcək?
“Ayaks”ı Bakıda “Qarabağ”a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda dəstəkləyəcək azarkeşlərin sayı bəlli olub.
Msport.az xəbər verir ki, Niderland təmsilçisi qarşılaşma üçün 1450 bilet istəyib.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.







