featured-image-3270

Dünən qəfildən ölən “Ayaks”ın sabiq futbolçusu Codi Lukoki ilə bağlı maraqlı xəbər yayılıb.

Msport.az Niderland mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı oyunçunu ailə üzvləri döydükdən sonra onun xəstəxanada ürəyi dayanıb.

Konqo Demokratik Respublikası milli komandasının  bazar günü Almere şəhərindəki xəstəxanaya baş və dizinin ağramasına görə müraciət edib. Ancaq məlum olub ki, Lukokinin vəziyyəti daha ağırdır.

Həkimlər onun kəskin infeksiyaya səbəb olmuş ayağını amputasiya etmək istəyiblər. Ancaq əməliyyat zamanı komaya düşən futbolçu ayılmayıb. Lukokinin ölümü artıq polis tərəfindən araşdırılır.

Ağır zədədən sonra bərpa keçən konqolu futbolçu karyerası ərzində “Ayaks”, “Kambur”, “Zvolle”, “Ludoqorets” və “Yeni Malatyaspor” klublarında çıxış edib. Lukokinin son komandası “Tvente” olsa da, o, zədəyə görə debüt edə bilməmişdi.

Bənzər xəbərlər