featured-image-78633

“Ayaks” yeni baş məşqçisini müəyyənləşdirib.

Msport.az xəbər verir ki. bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Amsterdam klubu ispaniyalı mütəxəssis Miçellə müqavilə bağlayacaq. Mənbənin sözlərinə görə, tərəflər bütün məsələlərdə ortaq məxrəcə gəliblər və bu gün rəsmi müqaviləyə imza atılacaq.

Miçel 2021-2026-cı illərdə “Jirona”da işləyib. Komanda onun rəhbərliyi altında 2024-2025-ci illər mövsümündə Çempionlar Liqasında çıxış edib. “Jirona” ötən mövsümün nəticələrinə əsasən La Liqanı tərk edib.

Miçel vaxtilə “Ueska” və “Rayo Valyekano” klublarının da baş məşqçisi olub.

 

Bənzər xəbərlər