featured-image-6505

Rusiyanın “Arsenal” klubunun əslən azərbaycanlı futbolçusu Ayaz Quliyev komandasını dəyişəcək.

Msport.az xəbər verir ki, bu barədə “Çempionat” nəşrinə vəziyyətlə tanış olan mənbədən məlumat daxil olub.

Quliyevin karyerasını “Axmat”da davam etdirməsi gözlənilir. “Spartak”ın yetirməsi olan futbolçunun “Arsenal”la müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

26 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Arsenal”ın heyətində 26 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Klub Rusiya Premyer Liqasını sonuncu pillədə başa vurub və “Rubin”lə birlikdə I Liqaya enib.

Bənzər xəbərlər