featured-image-2871

“Ayntraxt Frankfurt” UEFA Avropa Liqasında finala vəsiqə qazanıb. Msport.az xəbər verir ki, Almaniya klubu 42 ildən sonra avrokubokların həlledici oyununda iştirak etmək hüququ qazanıb.

Frankfurt təmsilçisi sonuncu dəfə 1980-ci ildə UEFA kubokunun finalında “Borussiya Münhenqladbax üzərində qələbə qazanaraq (2:3, 1:0) titul qazanmışdı. Bundan başqa, “Ayntraxt” 1959\60-cı illər mövsümündə Avropa Çempionlar kubokunun finalında “Real”a uduzmuşdular – 3:7.

Dünən “Vest Hem” üzərində cavab matçındakı qələbədən sonra azarkeşlər meydana axışaraq komandalarının finala vəsiqə qazanmasını qeyd ediblər.

Bənzər xəbərlər