"Ayntraxt"ın yeni baş məşqçisi məlum oldu - RƏSMİ
“Ayntraxf Frankfurt”un yeni baş məşqçisi məlum olub.
Msport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Adi Hyütterlə 2029-cu ilin iyununa kimi müqavilə imzalanıb. O, bir neçə gün bundan əəvvəl istefaya göndərilən Albert Rieranı əvəzləyib.
Hyütter Almaniya klubunda iyulun 1-dən işə başlayacaq.
56 yaşlı avstriyalı mütəxəssis artıq bir dəfə – 2018-ci ilin iyulundan 2021-ci ilin iyununa kimi “Ayntraxt”a rəhbərlik edib. O, son olaraq 2023-2025-ci illərdə “Monako”da işləyib.







