featured-image-63109

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Msport.az xəbər verir ki, U-21 Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Bu, yeni baş məşqçi Ayxan Abbasovun komandamızla ikinci sınağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, millimiz martın 22-də keçirilən ilk matçda Moldova yığmasını 2:0 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər