featured-image-749

“Real”ın yarımmüdafiəçisi Eden Azar mövsümün sonuna kimi sıradan çıxıb.

Msport.az xəbər verir ki, ötən həftə 31 yaşlı futbolçunun əməliyyat olunacağı ilə bağlı xəbər yayıldı.

Əvvəlcə Belçika millisinin üzvünün 5 həftə yaşıl meydanlardan kənarda qalacağı deyilmişdi. Ancaq “El Chiringuito” Tv-nin verdiyi məlumata görə, Azar mövsümün sonuna kimi oynaya bilməyəcək.

Azar “Real”da ümumilikdə 14 dəfə zədələnib və 500 gün heyətdən kənarda qalıb.

Bənzər xəbərlər