featured-image-1137

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişi və qadın ağırlıqqaldıranlar arasında Azərbaycan çempionatı start götürüb.

Msport.az xəbər verir ki, yarışda 100-dən çox idmançı qüvvəsini sınayacaq.

İlk gündə qadınlarda sinkler cədvəli ilə mütləq qaliblər müəyyənləşdiriləcək. Kişilərdə isə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində ölkə çempionunun adına aydınlıq gələcək.

Qeyd edək ki, Azərbaycan çempionatı aprelin 10-da başa çatacaq.

Bənzər xəbərlər