Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı
Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026 mövsümünün püşkatma mərasimi keçirilib.
Msport.az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak ediblər.
Azərbaycan çempionatında 16 komanda çıxış edəcək.
Azərbaycan çempionatının I turunda üz-üzə gələcək komandalar:
“Sumqayıt” – “Buxar”
“Bakı 145” – “DİN İdman Cəmiyyəti”
“Lənkəran” – “Atəşgah Suraxanı”
“Start Bakı” – “Aznur”
“Siyəzən” – “Gənclərbirliyi”
“Borçalı” – “Lerik”
“Cənub” – “Galaxy”
“Birbaşa Bakı” – “Zirə”
Qeyd edək ki, Azərbaycan çempionatına oktyabrın 21-də start veriləcək.