featured-image-39180

Portuqaliyalı keçmiş hakim Duarte Qomeş 2006-cı ildə Kiprin Larnaka şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ermənistan yığmaları arasında keçirilmiş Avropa çempionatının seçmə mərhələ oyununu xatırlayıb.

Msport.az xəbər verir ki, 50 yaşlı FIFA referisi “A Bola” nəşrinə açıqlamasında insident səbəbindən matçı bir müddət dayandırmaq məcburiyyətində qaldığını bildirib:

“Tribunalardakı aqressiya hər iki komandanın üzvlərinə sirayət etmişdi. Neytral meydanda keçirilən görüşlə bağlı mübahisə və müzakirələr qaldığımız otelə qədər gəlib çatmışdı”.

Qeyd edək ki, həmin qarşılaşmada Azərbaycan yığması Ermənistan üzərində 2:1 hesablı əzmkar qələbə qazanmışdı.

Bənzər xəbərlər