Azərbaycan – İsveç oyununda qadın hakim
Bakıda Azərbaycan və İsveç milli komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununa təyinatlar açıqlanıb.
Msport.az xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Qadın baş hakim Esther Staubliyə Jonas Erni və Susanne Küng köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək.
Qeyd edək ki, noyabrın 16-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyununu saat 21:00-da start götürəcək.