Azərbaycan kuboku: Dörd komanda növbəti mərhələdə
Azərbaycan kubokunda 2025-2026-cı illər mövsümünə stat verilib. Msport.az xəbər verir ki, ilk mərhələdə II Liqa klubları üz-üzə gəlib.
“Qaradağ Lökbatan” “Ağdaş”ın qapısından 8 cavabsız top keçirib.
“Dinamo” “Kür Araz”la öz meydanında keçirdiyi oyunda hesabda 0:2 geri düşsə də, qələbə qazanıb – 3:2.
“Ağstafa Gəncləri” isə “Şirvan”ı minimal qolla üstələyib – 1:0.
Beləliklə, Beləliklə, “Şəki Siti”, “Qaradağ Lökbatan”, “Dinamo” və “Ağstafa Gəncləri” 2-ci təsnifat mərhələsinə yüksəlib.
Digər iki oyun sabah keçiriləcək.
9 oktyabr
Azərbaycan kuboku
1-ci təsnifat mərhələsi
14:00. “Şəki Siti” – “Araz Saatlı” – 3:2
Qollar: Ü.Nağdəliyev, 48, C.İmamverdiyev, 87, S.Süleymanov, 89 – Y.Yusubov, 42, P.Eyvazov, 88
Hakimlər: Ruslan Quliyev, Zöhrab Abbasov, Nurlan Əhmədzadə, Vüqar Həsənli.
“Rekord Arena”
14:00. “Qaradağ Lökbatan” – “Ağdaş” – 8:0
Qollar: T.Zeynalov, 19, V.Hüseynov 32, E.Əskərli 45+1, R.Şahmuradov, 65, 67, 69, A.Məcidov, 88, S.Allahquliyev, 90
Hakimlər: Şamil İmanzadə, Tərlan Talıbzadə, Səbuhi Əmrahov, Əkbər Əhmədov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
14:00. “Dinamo” – “Kür-Araz” – 3:2
Qollar: Ə.Səfərzadə, 57 Y.Qarayev, 72, 103 – E.Məmmədov, 5, 49
Hakimlər: Mahmud Bağırzadə, Gülnurə Əkbərzadə, Vüqar Bayramov, Namiq Bəkirov.
Binə qəsəbə stadionu
14:00. “Ağstafa Gəncləri” – “Şirvan” – 1:0
Qol: E.Namazov, 49
Hakimlər: Alik Yunusov, Şirmamed Mamedov, Səbuhi Soltanov, Murad Səlimov.
Ağstafa şəhər stadionu
10 oktyabr (cümə)
14:00.”Göygöl” – “Şəmkir”
14:00.”Quba” – “Xankəndi”