featured-image-70530

Bu gün Azərbaycan kubokunda I təsnifat mərhələsinə yekun vurulacaq.

Msport.az xəbər verir ki, “Göygöl” doğma divarlar arasında “Şəmkir”i qəbul edəcək. “Quba” isə “Xankəndi”i ilə üz-üzə gələcək. Hər iki matç saat 14:00-da başlayacaq.

Bu mərhələ 1 oyundan ibarətdir və qalib gələn komandalar 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, dünən “Şəki Siti”, “Qaradağ Lökbatan”, “Dinam”o və “Ağstafa Gəncləri” 2-ci təsnifat mərhələsinə yüksəlib.

Azərbaycan kuboku

1-ci təsnifat mərhələsi

10 oktyabr (cümə)

14:00. “Göygöl” – “Şəmkir”
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov
Göygöl OİK stadionu

14:00. “Quba” – “Xankəndi”
Hakimlər: 
Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov
Quba OİK stadionu

9 oktyabr

“Şəki Siti” – “Araz Saatlı” – 3:2

“Qaradağ Lökbatan” – “Ağdaş” – 8:0

“Dinamo” – “Kür-Araz” – 3:2

“Ağstafa Gəncləri” – “Şirvan” – 1:0

II təsnifat mərhələsi

“Şimal” – “Şahdağ Qusar”

“Zaqatala” – “Sumqayıt”

“Neftçi” – MOİK

“Səbail” – “Şamaxı”

“Qəbələ” – “Mingəçevir”

“Quba”/”Xankəndi”  – “Baku Sportinq”

“Qaradağ Lökbatan” – “Karvan”

“Dinamo” – “İmişli”

“Ağstafa Gəncləri” – “Kəpəz”

“Göygöl”/”Şəmkir” – “Difai”

“Şəki Siti” – “Turan Tovuz”

Bənzər xəbərlər