featured-image-41045

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün ilk matçında Premyer Liqa təmsilçisi “Araz-Naxçıvan” I Liqada mübarizə aparan “İrəvan”la üz-üzə gəlib.

Qarşılaşma Naxçıvan təmsilçisinin 8:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın qollarını 24, 43, 45+4-cü (pen) dəqiqədə Aksel Nqando, 25 və 51-ci dəqiqədə Orxan Əliyev, 73-cü dəqiqədə Miço Kuzmanoviç, 80 və 83-cü dəqiqələrdə Elvis Maşike vurub. “İrəvan”da isə 16-cı dəqiqədə Vüsal Qənbərov və 37-ci dəqiqədə Vüsal Əsgərov adını tabloya yazdırıb.

“Araz-Naxçıvan” 1/4 finalda bu gün oynanılacaq “İmişli” – “Qəbələ” matçının qalibi ilə görüşəcək. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

————————————————————————————–

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Msport.az-ın məlumatına görə, ilk olaraq “İrəvan” “Araz-Naxçıvan”ı qəbul edəcək. Qarşılaşma saat 13:00-da başlayacaq.

Günün ikinci matçı “İmişli” və “Qəbələ” komandaları arasında reallaşacaq. Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da start götürəcək.

Azərbaycan Kuboku

1/8 final

13:00. “İrəvan” – “Araz-Naxçıvan” – 2:8
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“ASK Arena” (“CBC Sport”/canlı)

16:00. “İmişli” – “Qəbələ” – 0:1
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu (“CBC Sport”/canlı)

Qeyd edək ki, daha əvvəl “Sabah” və “Sumqayıt” 1/4 finala yüksəlib. Bu raundun digər oyunları 20-21 dekabrda keçiriləcək.

Bənzər xəbərlər