Azərbaycan Kuboku: “Qarabağ”ın rəqibi “Araz-Naxçıvan” oldu
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, “Araz-Naxçıvan” cavab görüşündə “Zirə”nin qonağı olub.
İlk matçda 1:0 hesablı qələbə qazanan naxçıvanlılar bu dəfə rəqibini 2:0 hesabı ilə üstələyib. Komandanın heyətində hər iki qolu 3-cü və 45-ci dəqiqədə penaltidən Felipe Santos vurub.
Beləliklə, “Araz-Naxçıvan” yarımfinalda “Qarabağ”a rəqib olub.
Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu ilə yekun vurulacaq. İlk matçda bakılılar 2:0 hesablı qələbə qazanıb. Bu cütün qalibi yarımfinalda “Sabah”la qarşılaşacaq.