featured-image-41128

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçı Xankəndidə olacaq. Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.

Mərhələnin son oyunu isə Bakıda “Neftçi” və “Qaradağ Lökbatan” komandaları arasında baş tutacaq. “Neftçi Arena”dakı matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan”, “Qəbələ”, “Səbail” və “Zirə” komandaları 1/4 finala adlayıblar.

Azərbaycan Kuboku

1/8 final

14:00. “Qarabağ” – MOİK – 1:0
Qol:
Nəriman Axundzadə, 90+5

18:00. “Neftçi” – “Qaradağ Lökbatan”

Bənzər xəbərlər