featured-image-63382

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Sabah” səfərdə “Neftçi”ni məğlub edib.

Msport.az xəbər verir ki, “Neftçi Arena”da baş tutan matçda qonaqlar rəqibini 2:1 hesabı ilə üstələyib.

11-ci dəqiqədə Azər Salahlı topu öz qapısına göndərməklə “bayquşlar”ı hesabda irəli çıxarıb. 10 dəqiqə sonra Yuri Matias “status-kvo”nu bərpa etsə də, 52-ci dəqiqədə adını tabloya yazdıran Pavol Safranko yekun hesabı müəyyənləşdirib.

Günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” doğma meydanda “Qarabağ”a qalib gəlib – 1:0.

Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 23-də keçiriləcək

Bənzər xəbərlər