featured-image-41084

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Msport.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Şamaxı”nı qəbul edib.

“ASCO Arena”da baş tutan qarşılaşma “dənizçilər”in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 23 və 45-ci dəqiqələrdə Amil Yunanov, 50-ci dəqiqədə Pedro Nuno, 56 və 80-ci dəqiqələrdə Rüfət Abdullazadə, 90+2-ci dəqiqədə Adi Mehremiç fərqlənib.

“Səbail” 1/4 finalda bu gün reallaşacaq “Zirə” – “Turan Tovuz” matçının qalibi ilə üz-üzə gələcək. Bu raundun “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

—————————————————————————-

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

Msport.az-ın məlumatına görə, ilk olaraq “Səbail” “Şamaxı”nı qəbul edəcək.

“ASCO Arena”da reallaşacaq qarşılaşma saat 14:00-da başlayacaq.

Günün ikinci görüşündə “Zirə” “Turan Tovuz”u sınağa çəkəcək. Matç saat 17:00-da start götürəcək.

Qeyd edək ki, daha əvvəl “Sabah”, “Sumqayıt”, “Araz-Naxçıvan” və “Qəbələ” 1/4 finala vəsiqə qazanıblar. Bu raundun “Qarabağ” – MOİK və “Neftçi” – “Qaradağ Lökbatan” oyunları dekabrın 21-də baş tutacaq.

Azərbaycan Kuboku

1/8 final

20 dekabr

14:00. “Səbail” – “Şamaxı” – 5:0

17:00. “Zirə” – “Turan Tovuz” – 2:1

Bənzər xəbərlər