Azərbaycan Kuboku: Son yarımfinalçılar bu gün bilinəcək
Azərbaycan Kubokunda bu gün 1/4 final mərhələsinə yekun vurulacaq.
Msport.az xəbər verir ki, bu gün son yarımfinalçılar müəyyənləşəcək.
İlk olaraq saat 16:00-da “Zirə” “Araz-Naxçıvan”ı qəbul edəcək. İlk matçda bakılılar minimal hesabla (0:1) məğlub olub. Bu cütün qalibi yarımfinalda “Qarabağ”la qarşılaşacaq.
1/4 finalın son görüşündə “Kəpəz” “Neftçi”nin qonağı olacaq. Bu oyun saat 19:30-da başlayacaq. Tovuz şəhər stadionundakı ilk matçda “Neftçi” 2:0 hesablı qələbə qazanıb. Bu dueldən üstün ayrılacaq komanda yarımfinalda “Sabah”a rəqib olacaq.