featured-image-65349

Millimizin Macarıstan yığması ilə yoldaşlıq oyununun təyinatları açıqlanıb.

Msport.az xəbər verir ki, Bakıda baş tutacaq görüşü Belarusdan olan baş hakim idarə edəcək.

İyunun 10-da keçiriləcək qarşılaşmada Viktor Şimusik fit çalacaq. Ona həmyerliləri Sergey Kasavets və Anton Qusev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Azərbaycan təmsilçisi Cavid Cəlilov yerinə yetirəcək.

Qeyd edək ki, matç saat 20:00-da “Liv Bona Dea Arena”da başlayacaq.

Bənzər xəbərlər