Azərbaycan – Macarıstan oyununun stadionu bəlli oldu
Azərbaycan milli komandasının Macarıstan yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri müəyyənləşib.
AFFA-dan Msport.az saytına verilən məlumata görə, millimiz rəqibini iyunun 10-da “Liv Bona Dea Arena”da qəbul edəcək.
Qarşılaşmanın başlama saatı barədə daha sonra məlumat veriləcək.