featured-image-63135

Futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq görüşünü keçirib.

Msport.az xəbər verir ki, rəqib Belarus yığması olub.

Masazır qəsəbəsindəki “Bank Respublika Arena”dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 2:0.

Gürcüstandan olan hakimlər briqadasının idarə etdiyi matçda hesabı 59-cu dəqiqədə cərimə zərbəsindən sonra Pavel Zabelin açıb. 78-ci dəqiqədə isə meydana yenicə daxil olan Nikita Demçenko Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin kobud səhvindən sonra qapıçı ilə təkbətək qalaraq, yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, millimiz 3 gün öncə yoldaşlıq matçında Haiti seçməsinə 3 cavabsız qolla uduzub.

Bənzər xəbərlər