featured-image-39966

“Mən bu komanda ilə getməli olduğum yolu getmişəm. Lazımi qiymətləndirmələri apararaq, nəticə baxımından maksimuma nail olduğuma inanıram”.

Msport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisi ilə yollarını ayıran Canni De Byazi “tuttomercatoveb” saytına açıqlamasında deyib.
İtaliyalı mütəxəssis bildirib ki, o, gələcəyi ola biləcək kifayət qədər gənc komandanı tərk edir: “Amma mənim bu səhifə bağlandı”.

Azərbaycan millisinin FIFA reytinqində 120-ci yerdə qərarlaşdığını xatırladan De Byazi yığmada tarixi uğurlara imza atdığını söyləyib: “İstənilən halda, İsveç kimi daha yüksək pillələrdə yer alan komandanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq. Belçikaya məğlub olmağımıza baxmayaraq, yaxşı oynaya bildiyimizi göstərdik”.

O, Yeni İldən sonra təklifləri dəyərləndirəcəyini istisna etməyib: “məşqçilik etmək atəşi sönməyib. Milad bayramını gözləyirik. Yeni təklif olsa, onu dəyərləndirməyə hazıram”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasından Canni De Byazinin noyabrın sonunda başa çatacaq müqaviləsinin yenilənməməsinə qərar verilib.

Bənzər xəbərlər