featured-image-38055

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniyanın “ABC” nəşrinə açıqlama verib.

Msport.az xəbər verir ki, o, açıqlama zamanı Azərbaycandakı işindən də danışıb:

“Azərbaycan millisi ilə təcrübəm yaxşı gedir, biz çox inkişaf edirik. Aydındır ki, bizim yüksək səviyyəli oyunçuların daha çox aşağı keyfiyyətdə çıxış etməsi bəzi strukur problemlərin olması ilə əlaqədardır. Komandalarda çoxlu əcnəbi futbolçuların yer aldığı Azərbaycan çempionatı var. Bu, açıq-aydın milli komandanın işinə kömək etmir”.

Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq.

Bənzər xəbərlər