Azərbaycan millisi Tacikistanla üz-üzə
Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Tacikistanla üz-üzə gələcək.
“Palms Sports Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan və Tacikistan milliləri indiyədək iki dəfə qarşılaşıblar. Hər iki görüşdə Azərbaycan yığması qalib gəlib.
23 sentyabr
20:00 Azərbaycan – Tacikistan







