Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı
Azərbaycan UEFA reytinqində xal ehtiyatını daha da artırıb.
Msport.az, bu, “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə Norveçin “Molde” klubu ilə heç-heçə (2:2) etməsi sayəsində mümkün olub.
Bu nəticəyə görə ölkə reytinqinə daha 0,500 xal əlavə edilib. Azərbaycan hazırda 18.125 əmsalla 29-cu pillədə qərarlaşıb.
Rusiya isə 18.632 xalla 28-cidir







