Azərbaycan yığmasının son matçı
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında sonuncu oyununu keçirəcək.
Msport.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan millimiz Litva yığmasını qəbul edəcək.
Bayıl stadionunda təşkil olunacaq qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sapir Qaya Berman olacaq. Matç saat 18:00-da başlayacaq.