featured-image-38605

“Oğlum qırıcı təyyarələrin səsini eşidəndə qorxur”.

Msport.az xəbər verir ki, bunu hazırda İsrailin “Hapoel” (Hayfa) klubunda çıxış edən “Qəbələ” və “Şamaxı”nın sabiq futbolçusu Felipe Santos “Nossopalestra” nəşrinə açıqlamasında deyib.

26 yaşlı vinger Qəzza zolağından təxminən bir saat yarımlıq məsafədə olduğunu bildirib: “Bir az uzaqdayam. Amma yenə də buraya bombaların atılması ilə bağlı xəbərdarlıqlar alırdıq. Livan sərhədinə yaxınıq. Orada başqa qrup hücum edir”.

Braziliyalı oyunçu İsrailin və oradakı əcnəbilərin çətin dövr yaşadıqlarını söyləyib: “Biri yatarkən digəri oyaq qalır. Hadisələr oğlum üçün də psixoloji sıxıntıya səbəb olub. Bəzən həyəcan siqnalı çalır, bunkendə gizlənmək üçün bir dəqiqə yarım vaxtımız var. Hər an ayıq-sayıq olmalıyıq”.

Bənzər xəbərlər