featured-image-38335

Azərbaycan Türkiyə Superkubok matçının Bakıda keçirilməsini təklif edib.

Msport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Funksioner təklifi qəbul etmədiklərini bildirib: “Oyunu Almaniyada keçirmək istədik. Amma təhlükəsizlik səbəbindən ölkə iki türk komandasının matçına icazə vermədi. İngiltərəyə müraciət etdik, yenə eyni durumla üzləşdik. Avropanın heç bir ölkəsi icazə vermir. Azərbaycan “Gəlin, bizdə oynayın” deyir, amma orada da pul yoxdur”.

Qeyd edək ki, Türkiyə Superkuboku uğrunda “Qalatasaray” və “Fənərbağça” arasında keçiriləcək qarşılaşma Səudiyyə Ərəbistanında təşkil olunacaq.

Bənzər xəbərlər