featured-image-2897

Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilir.

Msport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Asim Əlizadə və Şakir Seyidovun formasını geyindikləri “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda RFS ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşib.

Şakirlə Asim də bu görüşün iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. Asim fasilədə, Şakir isə 71-ci dəqiqədə əvəzlənib.

“Dauqavpils” Şakiri “Sabah”dan, Asimi isə “Neftçi”dən icarəyə götürüb. Sözügedən komanda 11 turdan sonra 15 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.

Bənzər xəbərlər