Azərbaycanlı gimnast Avropa çempionu oldu
Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cesika Qədirova Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Msport.az xəbər verir ki, idmançı fərdi çoxnövçülükdə qitə çempionu olub.
Hakimlərdən 55.032 xal alan gimnast fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Cesikanın bacısı Cennifer Qədirova da idman gimnastikası ilə məşğul olur.