Azərbaycanlı hakim Çempionlar Liqasında
Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.
Msport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III qrupunun oyunlarında iş başında olacaq.
K.Əmiraslanov oktyabrın 29-da “Benfika” (Portuqaliya) – “Loznitsa-Qrad 2018” (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq “Riqa” (Latviya) – “Luksol St.Andreus” (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.
FIFA referisi oktyabrın 30-da keçiriləcək “Luksol St.Andreus” – “Loznitsa-Qrad 2018” qarşılaşmasında isə birinci hakim olacaq.
Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.