Babək Quliyev 3 oyuna təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 10-cu qrupun 3 oyununda fəaliyyət göstərəcək. Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə – Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.
Qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.