Babək Quliyev Konfrans Liqası matçında
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Msport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin VI turu çərçivəsində dekabrın 18-də keçiriləcək “Sparta” (Çexiya) – “Aberdin” (Şotlandiya) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Praqa şəhərində yerləşən “Letna” stadionunda baş tutacaq.







