featured-image-42741

Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq qış yarışı keçiriləcək.

Azərbaycan Atketika Federasiyasından Msport.az-a verilən məlumata görə, turnir fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.

Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Yakutiya) atletlər güclərini sınayacaqlar.

Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Bənzər xəbərlər